ABŞ Venesuelaya qarşı sanksiyaları bərpa edəcək

 23:00 29.01.2024     205

Birləşmiş Ştatlar Venesuelaya qarşı sanksiyaları ölkənin Ali Məhkəməsinin sağçı müxalifət lideri Mariya Korina Maçadonun siyasi hüquqlarını pozmaq qərarından sonra yenidən tətbiq etmək niyyətindədir. 

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Amerika hakimiyyəti Maçadonun bu il prezident seçkilərində iştirakına icazə verilməyəcəyi təqdirdə, aprel ayına qədər davam edəcəyi gözlənilən Karakasa qarşı məhdudlaşdırıcı tədbirlərin dayandırılmasından imtina etməyi planlaşdırır.

Yusif EYVAZLI