Ağ Ev ABŞ və İran arasında müharibə ilə bağlı sualı CAVABLANDIRDI
ABŞ İranla müharibə və ya münaqişə istəmir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Ağ Ev İran ərazisinə zərbə endirmək variantının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala belə cavab verib .
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki , Vaşinqton İordaniyada Amerika əsgərlərinə edilən hücuma cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir.
Yusif EYVAZLI