Bu ölkə Ukraynaya silah üçün 122 milyon avro ayırır
Niderland Ukraynaya sursat, silah və kibertəhlükəsizlik üçün 122 milyon avro ayırmağa qərar verib.
Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Niderland hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
O cümlədən, Amsterdam Ukrayna üçün artilleriya mərmilərinin alınması üçün 87 milyon avro ayırır. Niderland həmçinin silahların alınması üçün Ukrayna Beynəlxalq Fonduna (IFU) 25 milyon avro köçürəcək.
Bundan əlavə, Niderland hökuməti Ukraynanın kibermüdafiəsini yaxşılaşdırmaq üçün daha 10 milyon avro ayıracaq.
Bu ianələr 50 tərəfdaş ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqə Qrupunun məsləhətləşmələrinin nəticəsidir. Onlar Ukraynaya Rusiyadan müdafiə üçün avadanlıq və resurslar almağa kömək edirlər.
Turan İSMAYIL