Paşinyan Qərblə oyun qaydalarını pozsa, onu Qriqoryan əvəzləyəcək - “Hraparak”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Mülki müqavilə” partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq sferasına daxil olub,
Redaktor.az xəbər verir ki. Bu haqda “Hraparak” qəzetinin məqaləsində bildirilib.
Qeyd edilib ki, artıq “Mülki müqavilə” partiyasında qərbyönlü komanda yoldaşına isti münasibət yoxdur, indi Qriqoryanı nə vaxtsa başqa komandadan ayrılıb gəlmiş məmur olaraq qəbul edirlər.
Hər kəs Qarabağ mənşəli Armen Qriqoryanı Qərb tərəfindən “Mülki müqavilə” partiyasının üzvləri arasından seçildiyini və hətta Nikol Paşinyanın varisi hesab etdiyini görür.
Məqalədə bildirilir ki, əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman baş nazir postuna Qərbin planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın gətirilməsi istisna edilmir.
““Mülki müqavilə” partiyasının komandadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb”, - deyə “Hraparak” yazır.