HƏMAS atəşkəs müqabilində girov mübadiləsini rədd etdi
"HƏMAS dörd aylıq atəşkəs müqabilində girov mübadiləsini rədd edir".
Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” (TOI) məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, danışıqlar prosesində “yaxşı irəliləyiş” əldə olunmasına baxmayaraq, HƏMAS yalnız İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağından tamamilə çıxarılması və müharibənin dayandırılması ilə razılaşır.
Hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sözçüsü Taher əl-Nunu deyib:
“Biz ilk növbədə tam və hərtərəfli atəşkəsdən söhbət edirik, nəinki müvəqqəti barışıqdan”.
Onun sözlərinə görə, döyüşlər dayanan kimi “qalan detallar, o cümlədən girovların azad edilməsi müzakirə oluna bilər”.
Həmidə İBRAHİMLİ