Latviyalı deputat Rusiyaya casusluqda ittiham olunur

 11:39 30.01.2024     192

Latviya parlamentinin və Avropa Parlamentinin deputatı Tatyana Jdanok Rusiyanın xeyrinə casusluqda ittiham olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Yanvarın 29-da Avropa Parlamenti Avropa Şurasının qanunverici orqanının Latviyadan olan üzvü Tatyana Jdanokun uzun illər Rusiya üçün casus işləməsi ilə bağlı ittihamları araşdırmağa başlayıb”, - Amerika nəşri öz mənbələrinə istinadən bildirib.

Məlumata görə, Jdanokun Rusiya tərəfinə işləyə biləcəyi ilə bağlı ilkin şübhələri jurnalist araşdırması üzrə ixtisaslaşan The Insider (Rusiya Federasiyası ərazisində xarici agent kimi fəaliyyət göstərən xarici media orqanı kimi tanınır) yazıb.

Nəticədə araşdırmaya başlanılıb. Avropa Parlamentinin sədri Roberta Mezzolanın bu iddiaları ciddi qəbul etdiyi və məsələni Davranış Kodeksi Məsləhət Komitəsinə göndərdiyi bildirilir.

Amerikalı jurnalistlər həmçinin xatırladıblar ki, Tatyana Jdanok Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləyən qətnamənin əleyhinə danışıb.