Aleksandr Kurenkov Azərbaycana gəldi
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Video şəklində yayılan məlumatda rusiyalı nazirin təyyarədən endiyi və onu Azərbaycanın FHN-in rəsmilərinin qarşıladığı müşahidə olunub.
Bildirilib ki, Kurenkov Azərbaycana işgüzar səfər edib.