Məktəblinin başı markasız paltarlara görə sındırıldı
Sankt-Peterburqun cənubunda yerləşən "Leto" ticarət və əyləncə kompleksində (TRK) 14 yaşlı məktəblinin markası olmayan geyim ucbatından başı sınıb.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, yeniyetmə həmyaşıdı tərəfindən hücuma məruz qalıb. Sankt-Peterburq polisi zərərçəkən yeniyetmənin əşyaları üstündə davanın başladığını bildirib. Hücum çəkən bu geyimlərin "səhv" olduğunu deyib.
O, yıxılan zaman orta məktəb şagirdi başını metal konstruksiyaya çırpıb. O, beyin silkələnməsi və açıq kəllə yarası ilə xəstəxanaya çatdırılıb.
Əməliyyatçılar tez bir zamanda hücum edəni tapıblar. Azyaşlı dindirilib.
NƏRGİZ