"İran heç bir halda bölgədə sərhəd dəyişikliyini qəbul etmir"
İran İslam Respublikası Cənubi Qafqaz regionundakı bütün ölkələrin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və heç bir şəraitdə coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir.
Redaktor.az xəbər verir ki, İranın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Seyid Kamal Xarazi Orbeli Analitik Mərkəzində deyib.
O, həmçinin qeyd edib ki, İran Ermənistanla tarixi və dostluq əlaqələrini genişləndirməkdə qərarlıdır və Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən qovşaq kimi ondan istifadə etməyə hazırdır.
NƏRGİZ