Cin lideri Baydenə ABŞ-dəki prezident seçkilərinə müdaxilə etməyəciynə söz verib - CNN
Çin sədri Si Cinpin noyabrda San-Fransiskoda keçirilən sammitdə ABŞ lideri Co Baydenə bildirib ki, Pekin ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Onların sözlərinə görə, Bayden məsələni qaldırıb və Si Cinpinlə “qısa” müzakirə edib. "Ötən həftə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Banqkokda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə yenidən bu mövzuya toxunub" - CNN-in adının açıqlanmasını istəməyən həmsöhbətlərindən biri qeyd edib. O, əlavə edib ki, Vanq Yi Sallivana Si Cinpinin bir neçə ay əvvəl Baydenə verdiyi eyni zəmanəti verib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Onun sələfi Donald Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqlayıb və hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizədlik yarışında favorit hesab olunur.
Turan İSMAYIL