Tanzaniyada epidemya qeydə alındı - Göz iltihabı
Gözlərə təsir edən və onların qızarmasına səbəb olan xəstəliyin epidemiyası Tanzaniyada qeydə alınıb və onun episentri Zanzibar olub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Zənzibarın səhiyyə nazirinin müavini Həsən Xamis Hafid məlumat verib.
Xəstəlik qızartı ilə müşayiət olunan gözlərin iltihabına səbəb olur. Tanzaniyanın tibb orqanları epidemiyanın törədicini müəyyən etmək üçün çalışır.
Xəstəliklərin sayı 4579-a çatıb
Yusif EYVAZLI