Moskvada elektriklə işləyən 1,4 mindən çox avtobus var
"Moskva elektriklə işləyən avtobusların sayına görə Avropada birinci yerdədir".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın paytaxı Moskvanın meri Sergey Sobyanin şəxsi bloqunda məlumat verib.
Onun sözlərinə görə, paytaxtda 1,4 mindən çox belə avtomobil var:
"Şəhərimiz elektriklə işləyən avtobusların sayına görə Avropada birinci yerdədir - artıq onların sayı 1400-dən çoxdur. Onlar 120-yə yaxın marşrut xəttinə xidmət göstərir. 2024-cü ilin sonuna kimi Moskvaya daha 800-dən çox avtomobil gətiriləcək. Bunun 600-dən çoxu “Kamaz” ASC tərəfindən təmin olunacaq”.
Həmidə İBRAHİMLİ