"ABŞ və müttəfiqlərinin ultimatumları əbəsdir" - Lavrov

 11:58 31.01.2024     218

Prezident Volodimir Zelenskinin Qərbin tətbiq etdiyi “sülh formulu” əslində Rusiya üçün mümkün olmayan ultimatumdur.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“ABŞ və müttəfiqləri beynəlxalq ictimaiyyətə bədnam “Zelenski formulu”nu tətbiq edirlər. Və bu düsturu yeganə həll variantı kimi təqdim etməyə çalışırlar. Bu variantın həyata keçirilməsinin sadəcə qeyri-mümkün olması hamıya aydındır”, - XİN rəhbəri bildirib.

O əlavə edib ki, beynəlxalq gündəmin müəyyən edilməsində Qərbin üstünlüyündən əsər-əlamət qalmayıb.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin ultimatumları əbəsdir.

NƏRGİZ