“Ermənistanın öz xarici siyasətində qəbul etmək istədiyi qərarlar bizi çox ruhlandırır" - NATO
“Biz Ermənistanla bu gün mövcud olan ikitərəfli münasibətlərdən çox məmnunuq”.
Redaktor.az xəbər verir ki, bunu "armenpress"ə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.
O deyib ki, son bir neçə ildə Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib.
“Ermənistanın öz xarici siyasətində və müdafiə siyasətində qəbul etmək istədiyi qərarlar, həyata keçirmək qərarına gəldiyi dəyişikliklər bizi çox ruhlandırır. Bilirəm ki, bu, həyata keçirilməsi çətin olan və çox güman ki, uzun zaman alacaq qərardır, ancaq əlbəttə ki, biz tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistanın etdiyi də budur", - deyə Xavyer Kolomina əlavə edib.