"Rusiya Yaponiyanın istənilən qeyri-dost hücumlarına sərt reaksiya verəcək"

 15:28 31.01.2024     257

Rusiya Yaponiya ilə sülh müqaviləsi bağlamaq niyyətində deyil.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Moskva Tokionun qeyri-dost kursu, rusofobiyanı inkişaf etdirməsi səbəbindən bu ehtimalı rədd edib: “Vurğulamaq istərdim ki, SVO-nun 2022-ci ilin fevralında işə başlamasından sonra Yaponiya hökuməti Rusiyaya qarşı açıq-aşkar dost olmayan kurs aparır”, - o bildirib.

XİN nümayəndəsi vurğulayıb ki, Tokionun anti-Rusiya sanksiyalarına qoşulduğunu və Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında Şimali Atlantika Alyansı ilə hərbi fəallığın artdığını nəzərə alaraq, Rusiya Yaponiyanın istənilən qeyri-dost hücumlarına sərt reaksiya verəcək.

NƏRGİZ