"Hərbi məsələdə Almaniya cırtdandır, hətta orta dövlət deyil"
Ukraynaya korrupsiya və oğurluqdan əziyyət çəkən mövcud sistemi süpürəcək bir inqilab lazımdır.
Redaktor.az Do Rzeczy portalı-na istinadən xəbər verir ki, bu barədə politoloq Anjey Gil bildirib.
"Ukraynaya korrupsiya və oğurluqla əlaqəli sistemi elə süpürüb aparacaq inqilab lazımdır ki, bunu təsəvvür etmək çətindir. Polşa tərəfi bunu başa düşmür".
Professorun sözlərinə görə, Zelenski müdafiəçi axtarır, lakin Polşa müdafiəçi ola bilməz, çünki Polşaya qarşı pis niyyət və şübhə təkcə Ukrayna siyasətçilərinin deyil, həm də vətəndaşların genlərində yazılıb. Bundan əlavə, Gil hesab edir ki, oktyabrın 15-də parlament seçkilərindən sonra hakimiyyətə gələn Baş nazir Donald Tuskun hökuməti Ukrayna üçün] heç nə edə bilməz”.
Politoloq hesab edir ki, Zelenski Almaniya ilə bağlı da səhv edib: "Reallığı həqiqətən qiymətləndirən heç bir müasir siyasətçi bu məsələdə Almaniyaya müraciət etməz. Hərbi məsələdə Almaniya cırtdandır, hətta orta dövlət deyil. Onların böyük problemləri var, ağlabatan döyüş təcrübəsi yoxdur. Bu cür dəstək mümkün deyil".
Onun sözlərinə görə, belə yardımın yeganə mənbəyi yalnız ABŞ ola bilər və Zelenski ABŞ-ın dünyada rolunun nəyə əsaslandığını və Almaniyanın nəyə əsaslandığını anlamır.
NƏRGİZ