ABŞ Rusiyaya sanksiya siyahısından onun adını ÇIXARDI
ABŞ Rusiyaya sanksiya siyahısından bir şəxsi çıxarıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, müvafiq məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Amerika administrasiyası Sovcombank ilə əlaqəli olduğu iddia edilən Rusiya vətəndaşı Aleksey Fisunu sanksiyalar siyahısından çıxarıb. Fisun 2022-ci ilin martında ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.
Sanksiya siyahısına daxil edilməsi Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.
Yusif EYVAZLI