Ermənistanda 6 vəzifəli şəxs saxlanıldı
Ermənistan İqtisadiyyat Nazirliyinin məmurlarına qarşı cinayət işinin yeni halları üzə çıxıb.
Redaktor.az xəbər verir ki, İstintaq Komitəsi dünən iki müxtəlif cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdiyi hərəkətlərə dair məlumat açıqlayılb. Bildirilib ki, İqtisadiyyat Nazirliyində və bir sıra vəzifəli şəxslərin mənzillərində axtarışlar aparılıb.
İstintaq Komitəsinin məlumatına görə, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri tenderlərdə istədikləri şirkəti qalib elan edərək, dövlətə külli miqdarda ziyan vurublar.
Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 nəfər saxlanılıb.
İki cinayət işi üzrə aktiv ibtidai araşdırmalar davam etdirilir.
Yanvarın 31-də Baş naziri Nikol Paşinyan qərar imzalayıb və Ani İspiryan iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib, sonra saxlanılıb.