Ərdoğan münasibətləri bərpa etmək üçün bu ölkəyə gedəcək

 14:33 01.02.2024     190

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 fevral tarixində Misirə rəsmi səfər edəcək.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Misir prezidenti Sisi ilə görüşəcək.

Qeyd edilib ki, Ərdoğan və Sisi 2013-cü ildən sonra pozulan ikitərəfli münasibətləri bərpa etmək və inkişaf etdirmək üçün görüşəcəklər.

Görüş zamanı Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılması və müharibənin dayandırılması müzakirə olunacaq.

Digər mühüm mövzu isə Şərqi Aralıq dənizi olacaq. Bildirilir ki, Ərdoğan ölkələr arasında ikitərəfli ticarətin dərinləşdirilməsinin əhəmiyyətindən danışacaq və Şərqi Aralıq dənizində enerji xətləri ilə bağlı dəniz yurisdiksiyasının sərhədləşdirilməsinə dair razılaşmanı müzakirəyə çıxaracaq.