"Bayden İl-76 təyyarəsinin vurulmasının ortağıdır" - Zaxarova

 15:11 01.02.2024     159

ABŞ prezidenti Co Bayden və onun administrasiyasının Rusiyanın İl-76 hərbi təyyarəsinin vurulduğu “Patriot” kompleksinin Ukraynaya verilməsi qərarı amerikalıları faciənin ortaqlarına çevirib.

Redaktor.az "iz.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

Belə ki, diplomat Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) İl-76-nın Ukrayna hərbçiləri ilə xidmətdə olan Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemindən MİM-104A raketi ilə vurulması ilə bağlı məlumatını şərh edib.

“ABŞ vətəndaşları pullarının hara getdiyini bilməlidirlər. Bayden və komandası amerikalıları qanlı faciəyə şərik etdi”.

Xatırladaq ki, İl-76 yanvarın 24-də səhər saatlarında Belqorod vilayətində qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən iki raketlə vurulduğunu bildirib və hadisəni Kiyev rejiminin terror aktı adlandırıb. Təyyarənin göyərtəsində altı ekipaj üzvü, mübadilə üçün 65 ukraynalı hərbi əsir və onları müşayiət edən üç rusiyalı hərbçi olub. Hamısı ölüb. Departament qeyd edib ki, Kiyevin məqsədi Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək olub.

NƏRGİZ