Berlin hava limanında bütün uçuşlar təxirə salındı - VİDEO
"Verdi" həmkarlar ittifaqının rəhbərlik etdiyi aviasiya təhlükəsizliyi işçilərinin tətili səbəbindən fevralın 1-də Berlin Hava Limanında bütün uçuşlar təxirə salınıb.
Redaktor.az bu barədə “izvestiya”ya istinadən xəbər verir.
Ümumilikdə, hava limanı rəsmilərinin məlumatına görə, təxminən 170 uçuş ləğv edilib.
Görüntülərdə hava limanının boş zalları və bütün uçuşların ləğv edildiyini bildirən uçuş lövhəsi əks olunub. Bundan xəbər tutan əksər sərnişinlər artıq hava limanını tərk ediblər.
“Yarım saata təyyarəm var, amma nə vaxt uçacağımı bilmirəm. Məlumat masasına qalxdım və heç olmasa bir şey öyrənmək istədim. Amma heç kim heç nə bilmir, sadəcə olaraq heç bir məlumat yoxdur. Bəlkə sabah uçarıq, bilmirəm. Uçuşların ləğvi ilə bağlı məlumatı yalnız bu gün səhər aldıq”, - deyə hələ də hava limanında qalan turistlərdən biri bildirib.
Verdinin Berlindəki nümayəndəsi Enriko Rümker də öz növbəsində müxbirə bildirib ki, həmkarlar ittifaqı tətilə görə uçuşları ləğv edilən hər kəsə hörmət edir, lakin etirazçılar sənaye işçilərinin maaşlarını tələb etməli idilər.
NƏRGİZ