Putin yeni orden təsis etdi

 16:33 01.02.2024     238

Rusiya prezidenti Vladimir Putin yeni “Rəşadətli əməyə görə” ordeni təsis edib.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının Fərmanı hüquqi aktların rəsmi portalında dərc olunub.

Sənədə əsasən, orden Rusiyanın iqtisadi və müdafiə potensialının gücləndirilməsi və inkişafına yönəldilmiş əmək və xidməti fəaliyyətdə xidmətlərinə görə veriləcək. Mükafatı yüksək əmək məhsuldarlığı ilə iqtisadi sektorların rəqabət qabiliyyətinin artırılmasına töhfə verən və ya ölkənin dövlət quruculuğu və elmi-texniki inkişafı sahəsində böyük töhfələr verən ruslar da ala bilərlər.

Bundan əlavə, dövlətin elmi, iqtisadi və müdafiə potensialının gücləndirilməsində xidmətlərinə görə müəssisələrin əmək kollektivləri “Rəşadətli əməyə görə” ordeni ilə təltif edilə bilər.

NƏRGİZ