Paşinyan referendum keçirəcəyini təsdiqlədi
Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tənzimləməlidir.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasının efirində deyib.
"Dövlətsiz xalqdan dövləti olan xalqa çevrilməli olduğumuz məqam konstitusiya referendumudur. Yeganə vasitəmiz xalqla danışmaqdır", - o deyib.
Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad var və onun əsasını Ermənistan SSR və qondarma "Dağlıq Qarabağ"ın "birləşməsi" barədə 1 dekabr 1989-cu il tarixli "birgə qərarı" təşkil edir.