"Kiyev rejimini dəstəkləyənlər təqib olunmamalı, mühakimə olunmalıdırlar"

 17:22 01.02.2024     213

Kiyev rejimini maliyyələşdirən və ya dəstəkləyən hər kəs təqib olunmamalı, mühakimə olunmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən “Bloomberg” agentliyinin nazirliyin xaricdəki diplomatlarına Ukraynanı dəstəkləyən rus sənətçiləri və məşhurlarını təqib etmək üçün “sifariş verdiyi” iddialarına dair xəbərləri şərh edərkən bildiriblər.

“Kiyev rejimini maliyyələşdirən və ya dəstəkləyən hər kəs təqib olunmamalı, mühakimə olunmalıdır”, - diplomatik departament müvafiq sualı cavablandırarkən qeyd edib.

NƏRGİZ