"Rusiyanın qaçırdığı uşaqları geri qaytarmaq üçün Ukrayna müharibədə qalib gəlməlidir" - Kerri Kennedi
Dünyaya daim xatırlatmaq lazımdır ki, Rusiya tərəfindən qaçırılan və aparılmış uşaqları geri qaytarmaq üçün Ukrayna müharibədə qalib gəlməlidir.
Redaktor.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu amerikalı hüquq müdafiəçisi, Robert Kennedi adına İnsan Haqları Təşkilatının prezidenti Kerri Kennedi “Rusiyanın uşaqlara qarşı müharibəsi” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Düşünürəm ki, bu konfrans çox vacibdir, çünki o, təkcə problemi işıqlandırmır, həm də biz burada vəziyyəti dəyişmək üçün hansı addımları ata biləcəyimizi düşünürük. İlk növbədə, insanlara bu müharibədə niyə qalib gəlməli olduğumuzu, Ukraynanın nə üçün qalib gəlməli olduğunu xatırlatmağa davam etməliyik və biz Ukraynaya dəstək olmaq üçün hər şeyi etməliyik, oğurlanan və aparılmış uşaqları geri qaytarmalıyıq”, - ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı qızı bildirib.
“Ukrayna bizim uşaqlarımızın öz ərazisi uğrunda döyüşə getməsini istəmir, ordusunun qalib gəlməsi üçün dəstək istəyir. Ona görə də bunu xatırlatmağın vacibliyini dönə-dönə vurğulayıram”, - amerikalı hüquq müdafiəçisi vurğulayıb.
Turan İSMAYIL