"Bu agentlik HƏMAS-ın yenilənmiş simasıdır"
İsrailin müdafiə naziri Yoav Qalant BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini Fələstinin radikal HƏMAS hərəkatı ilə eyniləşdirib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, onun fikrincə, agentlik indiki formada legitimliyini itirib və HƏMAS-ın yenilənmiş simasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu fikri Müdafiə Nazirliyinin rəhbəri İsrailin dünya təşkilatındakı daimi nümayəndəsi Gilad Erdanın başçılıq etdiyi BMT-dəki səfirlərdən ibarət nümayəndə heyəti ilə görüşündə deyib. Görüşdə nazir diplomatlara Qəzza zolağında hərbi əməliyyatın gedişi və Livan-İsrail sərhədindəki vəziyyət barədə məlumat verib. Yoav Qalant onları əmin edib ki, HƏMAS məhv edilənə və bütün girovlar azad edilənə qədər İsrail ordusu Qəzzada fəaliyyətini davam etdirəcək.
Humay İSGƏNDƏRLİ