Ermənistanda məşhur şirkət rəhbəri də HƏBS EDİLDİ
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Vahe Dolmazyanın sədrliyi ilə müstəntiqlərin “Synergy” şirkətinin direktoru Aşot Hovhannisyanın saxlanması ilə bağlı şikayətini təmin edib.
Redaktor.az xəbər verir ki, o, iki ay müddətinə həbs edilib.
"Synergy"nin təsisçi direktoru Aşot Hovhannisyan "Vice Miss Europe 2005" gözəllik müsabiqəsinin qalibi Lusine Tovmasyanın qayınatasıdır.
Qeyd edək ki, bu işdə parlamentin sədri Alen Simonyanın qardaşı arvadı Ani Gevorqyan da saxlanılıb.
"Synergy" şirkəti ötən gün axtarış və həbslərin aparıldığı İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edib.
Təxminən il yarım əvvəl “Synergy” İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. Orada 4 şirkət iştirak edib, lakin tender ləğv edilib və “Synergy” də qalib gəlməyib. Amma sonradan məlum oldu ki, “Synergy” tenderin qalibi olub.
Dünən Ermənistan Respublikasının İstintaq Komitəsi İqtisadiyyat Nazirliyinin məsul şəxslərinin qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə məlumat yayıb.
İqtisadiyyat nazirinin müavini Ani İspiryan da daxil olmaqla 7 nəfər həbs edilib.