"ABŞ qüvvələrini Suriyadan çıxarmağı düşünmür" - Ostin
Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artması və bölgədəki qoşunlarına hücumlar səbəbindən Amerika qüvvələrini Suriyadan çıxarmağı düşünmür.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib.
“Son bir neçə həftədə baş verənlər bizi qoşunların Suriyadan çıxarılması məsələsini nəzərdən keçirməyə vadar etmir", - o qeyd edib
Yusif EYVAZLI