Bu məktəblər distant təhsilə keçdi
Bişkekdə istilik elektrik stansiyasında baş vermiş qəzaya görə məktəblər fevralın 5-dək distant təhsilə keçib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti yanında Respublika Qərargahı məlumat yayıb.
"Bişkek Şəhər İcra Hakimiyyətinin Təhsil Departamenti Bişkek şəhərinin bütün məktəb və məktəbəqədər təhsil müəssisələrinin bazar ertəsinə qədər (daxil olmaqla) onlayn təhsilə keçirilməsi barədə qərar qəbul edib. Bu tədbirlər növbəti xəbərdarlığa qədər görülüb", - məlumatda deyilir.
İstilik elektrik stansiyasındakı qəza ötən axşam baş verib və stansiyanın 5 əməkdaşı xəsarət alıb, onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Humay İSGƏNDƏRLİ