Rumıniya Rusiya ilə müharibəyə hazır deyil
"Rumıniya hazırda Rusiya ilə müharibə perspektivinə hazır deyil , ölkə bu təhlükəni ciddi qəbul etməlidir".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın Baş Qərargah rəisi, general Georghita Vlad deyib.
Onun fikrincə, ilk növbədə Rumıniya əhalisini hərbi cəhətdən hazırlamaq və dayanıqlı cəmiyyətə sahib olmaq üçün lazımi alətləri tapmaq lazımdır:
“Bizim köhnəlmiş əməliyyat ehtiyatımız var, əhalinin təlimi üçün aydın proqramlarımız yoxdur. Gənclərimiz məktəbdən həmyaşıdlarımıza öyrədildiyi kimi vətənpərvərlik ruhunda tərbiyə olunmur”.
Rumıniya generalı həmçinin NATO ölkələrini könüllü hərbi xidmətə başlamağı düşünməyə çağırıb.
Humay İSGƏNDƏRLİ