Qunduz ovlamaq istədi - 63 yaşlı adamı güllələdi
Tümen vilayətində qunduz ovu zamanı yaşlı adam güllələnib.
Redaktor.az bu barədə "Shot" Telegram kanalına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, fövqəladə hadisə Reşetnikovo kəndi yaxınlığında qunduz ovu zamanı baş verib. Yatağa gələn tümenli neftçi karabin silahla qunduz lojaları axtarmağa gedib. Lakin o, hələ məlum olmayan səbəbdən qunduz əvəzinə yaxınlıqda olan 63 yaşlı təqaüdçüyə atəş açıb və qarnından yaralayıb.
Zərərçəkmiş xəstəxanaya göndərilib, ovçu saxlanılıb.
Məlum olub ki, silah onun adına qeydiyyatda deyil.
NƏRGİZ