BMT baş katibi İsrail-Fələstin münaqişəsinin həll yolunu göstərdi
BMT baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsinin yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial səhifəsində paylaşım edib.
"Yalnlz İsrail və Fələstinin yanaşı yaşadığı iki dövlətli həll yolu Fələstin xalqının ayrılmaz hüquqlarının reallaşdırılmasını, regionda ədalətli və davamlı sülhü təmin edə bilər. Beynəlxalq ictimaiyyət bu həllə tərəfdar olmaqla bağlı tərəddüd etməməlidir", - baş katib bildirib.