İsrail Dəməşqi vurur

 12:19 02.02.2024     193

Fevralın 2-də səhər saatlarında İsrail Dəməşqin cənubuna bir neçə zərbə endirib, hücum Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib, heç kim xəsarət almayıb.

Redaktor.az bu barədə Suriyanın “Əl-İxbariya” telekanalına istinadən xəbər verir.

Suriya Müdafiə Nazirliyindəki mənbənin məlumatına görə, bu gün saat 04:20 radələrində İsrail Suriyanın işğal olunmuş Qolan bölgəsindən hava hücumuna keçərək Dəməşqin cənubunda bir sıra məntəqələrə zərbələr endirib: "Bizim hava hücumundan müdafiə sistemlərimiz təcavüzə raketlərlə cavab verdi və onlardan bir neçəsini vurdu, itkilər maddi ziyanla məhdudlaşdı", - deyə xəbər verir.

Qeyd edək ki, İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında döyüşlər başlayandan bəri İsrail aviasiyası mütəmadi olaraq Suriyaya zərbələr endirib. Bundan əvvəl İsrail Dəməşq və Hələb hava limanlarını atəşə tutaraq, onları bir müddət fəaliyyətlərini məhdudlaşdırmışdı.

NƏRGİZ