Almaniyada bütün avtobus, tramvay və metro sürücüləri tətilə başladı

 12:26 02.02.2024     200

Almaniyada fevralın 2-də şəhər ictimai nəqliyyat işçilərinin tətilləri demək olar ki, bütün ölkəni əhatə edib.

Redaktor.az bu barədə "Deutsche Welle"yə istinadən xəbər verir.

Tətildə avtobus, tramvay və metro sürücüləri iştirak edir. Bavariya istisna olmaqla bütün federal ştatlarda tətil  keçirilir. Ver.di həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhərlər Aachen və Mannheim-Heidelberg-Ludwigshafen bölgəsidir.

Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.

NƏRGİZ