"Kreml cəsədlərin təhvil verilməsi ilə bağlı Kiyevdən heç bir sorğu almayıb"

 12:51 02.02.2024     206

Rusiya Prezidentinin Administrasiyası Kiyevdən Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı heç bir müraciət almayıb.

Redaktor.az "rbc.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Ukraynanın belə bir xahişlə Rusiyaya müraciət etməsi faktını daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Əsir götürülən 65 Ukrayna hərbçisini daşıyan İl-76 təyyarəsi Belqoroda yaxınlaşarkən vurulub. Rusiya tərəfi “192-dən 192-yə” formatında əsir mübadiləsinin aparılmalı olduğunu bildirsə də, qəzaya görə baş tutmayıb. Ukrayna tərəfi belə bir mübadilə barədə məlumatlı olmadıqlarını bildirib. Rusiya Müdafiə Nazirliyi bu hadisədə Kiyevi günahlandırıb. Rusiya prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin təyyarəni təsadüfən vurduğunu istisna etməyib.

Müdafiə Nazirliyi hücumun Xarkov vilayətinin Liptsy kəndindən həyata keçirildiyini bildirib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. Müayinələrin nəticələrinə əsasən, müstəntiqlər bildiriblər ki, İl-76 Amerika "Patriot" kompleksindən MİM-104A zenit raketi ilə vurulub.

NƏRGİZ