"İranı qorxutmaq cəhdlərinə sərt cavab verəcəyik" - Rəisi
İranı qorxutmaq cəhdlərinə sərt cavab verəcəyik.
Redaktor.az İRNA-ya istinadən xəbər verir ki, bunu Minab şəhərində çıxışı zamanı İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.
“Keçmişdə digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə müharibə ssenarisi ilə təhdid və qorxu ifadəsi işlədirdilər. İndi artıq belə sözlər eşidilmir, əksinə, hamı İranla münaqişəyə girmək niyyətində olmadığını iddia edir”.
O qeyd edib ki, İran dəfələrlə bəyan edib ki, heç bir müharibəyə başlamaq istəmir, lakin kimsə təhdid etmək istəsə, İslam Respublikası sərt cavab verəcək.
NƏRGİZ