Putin və Ərdoğan bu məsələləri müzakirə edəcək - Peskov AÇIQLADI

 15:30 02.02.2024     277

"Ukrayna mövzusu Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacaq".

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə ki, regional problemlər həmişə müzakirə olunur. Təbii ki, Ukrayna da...", - o jurnalistlərə deyib.

Peskov qeyd edib ki, Putinlə Ərdoğanın hər görüşü gündəm baxımından çoxşaxəli olur.

“Bu, əlbəttə ki, ilk növbədə, ikitərəfli Rusiya-Türkiyə münasibətləri, bizim ticari-iqtisadi əməkdaşlığımızdır”, - deyə o əlavə edib.

NƏRGİZ