Macarıstanın Baş naziri yuxusuz qalmasından ŞİKAYƏTLƏNDİ - "Pəncərəmin altında 200-ə yaxın traktor..."
Macarıstanın Baş naziri Viktor Orban AB-nin Brüsseldə keçiriləcək sammitindən əvvəl fermerlərin pəncərələri qarşısında etiraz edən traktorların səs-küyünə görə yuxusuzluqdan şikayətlənib.
Redaktor.az xəbər verir ki, Macarıstanın Baş naziri bu barədə "Kossuth" radiostansiyasının efirində danışıb.
“Ən çətini danışıqlar deyil, ondan əvvəlki gecə idi. Brüsseldə fermerlərin etirazları oldu və mən çətinliklə yata bilirdim. Pəncərəmin altında 200-ə yaxın traktor dayanıb bütün gecəni siqnal çalaraq, hər on dəqiqədən bir maqnitofon səsi ilə məni yuxudan oyadırdı”.
NƏRGİZ