Paşinyan Rusiyanın maraqlarına cavab verir - Mişustin
Ermənistanın Baş naziri Nikol Paşinyanın təklif etdiyi Aİİ inteqrasiyasının gələcək inkişafı üçün prioritetlər əsasən Rusiyanın yanaşmalarına uyğundur. Moskva onların həyata keçirilməsinə dəstək verməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.
“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyası Ermənistana keçib. Biz inteqrasiyanın gələcək inkişafı üçün sizin təklif etdiyiniz prioritetləri diqqətlə öyrənmişik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Biz, əlbəttə ki, onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.
Qeyd edək ki, Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.