Avropada fermerlərin etirazlarının səbəbləri AÇIQLANDI

 20:39 02.02.2024     226

Avropa İttifaqında (Aİ) fermerlər üzləşməyə başladıqları böyük itkilərə görə etiraz edirlər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının narazılığının səbəblərini Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin açıqlayıb.

Ekspertin sözlərinə görə, assosiasiyanın müxtəlif yerlərində fermerlərin tətil keçirməsinin müxtəlif səbəbləri var.

“Polşa, Macarıstan və Slovakiyada Ukrayna ilə sərhəd uzun müddətdir ki, bağlanıb. Kənd təsərrüfatı məhsullarını daşıyan Ukrayna yük maşınlarının keçidi bağlanıb. Bu onunla bağlıdır ki, Ukraynanın Aİ ilə assosiasiya və tərəfdaşlıq sazişi var, ona əsasən, Ukrayna müəyyən malları kvotalar altında Aİ ərazisinə rüsumsuz - buğda, günəbaxan, qarğıdalı və sair idxal edə bilər. Lakin Rusiya ilə münaqişə başlayanda Aİ bu kvotanı ləğv etdi. İndiyədək kvota yox idi, Ukrayna ixrac edə bildiyi qədər taxıl, o qədər xammal idxal edə bilərdi”, - deyə politoloq izah edib.

Yusif EYVAZLI