Gezeravcı kosmosdan qayıdır
Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Ax-3 ekipajı ilə Beynəlxalq Kosmik Stansiyada vida mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb.
Ax-3 komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi gözlənilir. Yerə geri dönüş 12 saat çəkəcək.
Kosmosda olmaqdan böyük şərəf duyduğunu bildirən Gezeravcı qonaqpərvərliyə və mehribanlığa görə bütün heyətə təşəkkür edib:
“Cümhuriyyətimizin 100-cü ildönümündə Türkiyənin atdığı bu cəsur və qətiyyətli addıma görə ölkəmə çox minnətdaram. Qürurlu tariximizin davamı olaraq addım atdığımız yeni türk əsrində həyata keçirdiyimiz Türkiyənin ilk insanlı kosmos missiyasını yerinə yetirdiyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, üzərimizə götürdüyümüz bu vəzifə əziz gənclərimiz üçün ruhlandırıcı bir başlanğıc, gələcəyimizin təminatı olacaq. Bu, son deyil, bir hekayənin başlanğıc nöqtəsidir. Bundan sonrakı yolumuz bütün xalqımıza xeyirli olsun”.