Türkiyə Mərkəzi Bankının sədri istefa verdi

 23:42 02.02.2024     261

Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefasını istəyib.

Redaktor.az xəbər verir ki, o, vəzifəsindən azad olmaq isədiyini X sosial media hesabında bildirib.

“Bütün müsbət hadisələrə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar mənə qarşı böyük qarayaxma kampaniyası təşkil olunub. Ailəmin və heç yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün cənab prezidentimizdən tutduğum vəzifədən azad edilməmi xahiş etmişəm”, - deyə o bildirib.