Gezeravcının Yerə dönüşü təxirə salındı

 10:05 03.02.2024     366

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının Yer kürəsinə qayıdışı Florida sahilindəki uyğun olmayan hava şəraiti səbəbindən təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı "SpaceX" özünün X sosial media hesabında açıqlama verib.

Açıqlamada, "Dragon" və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da qeyd edilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.