İraqda 3 günlük matəm elan olundu

 20:59 03.02.2024     654

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.  

Redaktor.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Belə ki, İraqın Baş naziri Məhəmməd əl-Sudani bununla bağlı qərar imzalayıb:

“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”.

Qeyd edək ki, bombardman nəticəsində 16 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.