ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası verilib.
Redaktor.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, etiraz notası ABŞ-nin İraqa endirdiyi zərbələrlə və 16 nəfərin ölümü ilə əlaqəlidir.