İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi - VİDEO

 14:15 04.02.2024     159

İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda diqqətə çatdırılıb.