Namibiyanın yeni Prezidenti and içdi

 21:12 04.02.2024     249

Namibiya rəhbərinin səlahiyyətlərini icra edən, əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba Prezident andı içib.

Redaktor.az xəbər verir ki, bu barədə “Namibian Sun” qəzeti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Vitse-prezident Nanqolo Mbumba respublikanın Prezidenti kimi and içib”, - nəşr yazıb.

Bundan əlavə, Namibiyanın yeni rəhbəri beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Netumbo Nandi-Ndaytvanı vitse-prezident təyin edib.

Qeyd edək ki, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqob bu gün 82 yaşında vəfat edib. Yanvarda Prezident ofisi Qeynqoba xərçəng xəstəliyi diaqnozu qoyulduğunu açıqlamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən