Çilidə meşə yanğınlarında ölənlərin sayı 112-yə çatdı
Meksika Çiliyə meşə yanğınları ilə mübarizədə kömək təklif edir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Çili Prezidenti Qabriel Boric, meksikalı həmkarı Andres Manuel Lopez Obradorun 110-dan çox insanın ölümünə səbəb olan meşə yanğınları ilə mübarizəyə kömək təklif etdiyini söyləyib.
"Mən indicə Meksika prezidenti Andres Manuel Lopez Obradorla telefonda danışdım. O, bu çətin anda ölkəmizə müxtəlif növ yardımlar təklif edib. Biz indi bu məsələni xarici işlər nazirliklərimiz vasitəsilə koordinasiya edirik", - Qabriel Boric X hesabında yazıb.
Qeyd edək ki, fevralın 2-də Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bu günə qədər 112 nəfərin öldüyü təsdiqlənib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya zədələnib.
Humay İSGƏNDƏRLİ