Kamçatka dəniz məhsullarını Belarusa birbaşa tədarük edəcək
Belarus prezidenti Aleksandr Lukaşenko dəniz məhsulları və balıqların Kamçatka ərazisindən respublikaya birbaşa tədarükünü təşkil etmək istəyir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, bu təklifi fevralın 5-də vilayət qubernatoru Vladimir Solodovla görüşündə bildirib.
“Kamçatka bölgəsi unikal dəniz və balıq ehtiyatları ilə məşhurdur. İstərdik ki, bu məhsulları sizdən təmin etməyə çalışaq. Bu baxımdan bizim böyük kəsirimiz var, ona görə də bu, çox faydalı olardı”, - Lukaşenko bildirib.
Prezident bəyan edib ki, Belarus respublikanın azad iqtisadi zonalarında emal müəssisələri üçün güzəştli rejim yaratmağa, hazır infrastrukturla təmin etməyə hazırdır. Lukaşenko bildirib ki, ölkənin inkişaf etmiş ticarət və logistika kompleksləri şəbəkəsi var, burada Kamçatka istehsalçılarına lazım ola biləcək bütün iş şəraiti artıq yaradılıb. Onun fikrincə, Belarusla Rusiya regionu arasında əməkdaşlıq modelinin böyük gələcəyi var.
Prezident həmçinin bildirib ki, Belarus südçülük təsərrüfatları üçün avadanlığı regiona köçürə bilər və bu, Kamçatka ərazisinə öz süd və ət tədarükünü artırmaq işində fayda verəcək.
NƏRGİZ