Yaşlı qadın keçmiş sevgilisinin açıqcasına görə ərini qanı axanadək dişlədi
ABŞ-da ərinə hücum edən, onu döyən və dişləyən yaşlı qadın həbs edilib.
Redaktor.az bu barədə "NBC Mayami"yə istinadən xəbər verir.
Hadisə Mayaminin şimalında baş verib. Polisə yaşlı cütlüyün qonşuları zəng edib. Zəng edənlərin sözlərinə görə, qonşu evdə baş verən mübahisə fiziki zorakılığa çevrilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları orada 71 yaşlı Berta Yalter və onun ərini aşkar ediblər. Kişi qorxmuş halda, qollarında və qarnında kəsiklər, qanayan diş izləri olub. Bundan sonra qadın nəzarətə götürülüb, əri isə xəstəxanaya yerləşdirilib.
Sonradan məlum oldu ki, Yalterin əri təxminən 60 il əvvəl münasibətdə olduğu sevgilisindən açıqca alıb. Bu, 52 il əvvəl, yəni kişinin keçmiş sevgilisindən ayrılmasından 8 il sonra evlənmələrinə baxmayaraq, həyat yoldaşını qəzəbləndirib. Berta Yalter ərini yastıqla boğmağa çalışıb, həmçinin onu döyüb, dişləyib.
Polisin hesabatına görə, Yalterin hücumunun bir hissəsi videoya çəkilib. Bunu qadının ərinin, yoxsa qonşularının lentə alması bildirilmir. Yalter həyat yoldaşını öldürməyə cəhddə, həmçinin yaşlı bir insanı öldürməkdə ittiham olunacaq.
NƏRGİZ